Ağgöl – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində göl.
Gölün adı “Keyfiyyətli, içməyə yararlı” mənasında işlənən “ağ” sözünə “göl” coğrafi nomeninin artırılması yolu ilə düzəlib. Erməni mənbələrində “Berandzov” formasında qeyd edilmişdir.