Ağdamlar – İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
1897-ci ildə 39 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə ermənilərin təcavüzü nəticəsində azərbaycanlılar deportasiya olunmuş və kənd ləğv edilmişdir.
Toponim rəng bildirən “ağ” sözü ilə “-lar” cəm şəkilçisi qəbul etmiş, türk dilində “ev, divar” mənasında işlənən “dam” sözünün birləşməsindən əmələ gəlmişdir.