Ağdağ

Ağdağ – tarixi İrəvan xanlığının Göyçə mahalında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Hündürlüyü 3560 m-dir.

Toponim qədim Azərbaycan dilində “uca”, “hündür” mənasını bildirən “ağ” sözü ilə, “dağ” sözünün birləşməsindən əmələ gəlmişdir. Hazırda “Spitakasar” adlanır.