Ağdağ

Ağdağ – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayəti ərazisində dağ. Məlikşah (Malişka) kəndinin şimal-şərqində yerləşir. Hündürlüyü 1897 m-dir.

Toponim qədim türk dilində “uca”, “hündür” mənasında işlənən “ağ” sözü ilə “dağ” sözünün birləşməsindən yaranmışdır.