Ağdərə

Ağdərə – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətin ərazisindəki Dərətumb kəndinin yaxınlığında, Səlim çayının sağ tərəfində yerləşirdi.

1831-ci ildə 78 nəfər, 1897-ci ildə 3 nəfər azərbaycanlı yaşamışdır. XIX əsrin sonlarında ləğv edilmişdir.

Toponim qədim türk dilində “kiçik, balaca” mənasında işlənən ağ sözü ilə Azərbaycan dilində “iki dağ və ya təpə arasında çuxur”, “uzun dərin çuxur” mənasında işlənən “dərə”sözünün birləşməsindən əmələ gəlib “kiçik, balaca dərə yaxınlığındakı kənd” mənasını ifadə edir.