Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində (dəyişdirilmiş adları ilə: Krasnoselo rayonunun Ağberk kəndi) bir neçə azərbaycanlı qəbiristanlığı olmuşdur. Onlardan biri kəndin “Duzdağ”, digəri isə “Dikdaş” adlanan hissəsində yerləşirdi. Kənd əhalisinin son iki qəbiristanlığı isə Şorca (2017-ci ildən Şoğakat) və Çəmbərək istiqamətində idi. Kəndin qərb tərəfdən giriş hissəsində qəbiristanlığın yaşı isə beş əsrdən artıq idi.
Kənddəki son qəbiristanlıq isə 1935-ci ildə “Çaxmaqlı” adlanan yerdə salınmışdı. Azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasından sonra bu qəbiristanlıqlar ermənilər tərəfindən dağıdılmışdır.
Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)