Ağbaba

Ağbaba – keçmiş Qars vilayətinin Qars qəzasında, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırkı Şirak vilayətinin ərazisində mövcud olmuş kənd. Arpa gölünün sahilində, Ağbaba dağının ətəyində, Qarabulaq kəndindən 1 km cənubda yerləşmişdir. XIX əsrin sonlarında ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “ağbaba” quş adı əsasında formalaşmışdır.