Adatəpə

Adatəpə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətdəki Ardanış kəndinin yaxınlığında, Ardanış və Şorca kəndləri arasında, Şorca kəndindən 3-4 km şimal-şərqdə yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Bəzən səhv olaraq indiki Ardanış kəndi ilə eyniləşdirilir. Erməni mənbələrində Adatəpənin Adavəngin adı əsasında yarandığı göstərilir.

Kənddə azərbaycanlılar yaşamışdır. XIX əsrin əvvəllərində ləğv edilmişdir.

Toponim Azərbaycan dilində “hər tərəfi su ilə əhatə olunmuş quru sahə” mənasında işlənən “ada” sözü ilə “alçaq dağ” mənasında işlənən “təpə” sözünün birləşməsindən əmələ gəlmişdir.