Adatəpə

Adatəpə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Dilican rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq.

1926-cı ildə qışlaqda 16 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə ləğv edilmişdir.

Toponim Azərbaycan dilində işlənən “ada” və “təpə” sözlərinin birləşməsindən əmələ gəlmişdir.