Adamdərəsi

Adamdərəsi – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində çay. Adamxan kəndinin ərazisindən axaraq Göyçə gölünə tökülür.

Hidronim şəxs adı ilə “dərə” sözünün birləşməsindən əmələ gəlmişdir.