Abgəz

Abgəz – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətdəki Aldərə (Əldərə) kəndindən 14 km şimalda yerləşirdi. 1930-cu illərdə əhalisi rayon mərkəzinə və rayonun Hamravar kəndinə köçürülərək kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim fars dilində “su” mənasında işlənən “ab” sözü ilə Azərbaycan dilində “aşırım”, “dağ qılıcında nazik yer”, “gəzdək, dağ çökəyi, dağın təpəsindəki çökək” mənasında işlənən “gəz” sözünün birləşməsindən əmələ gəlmişdir.