Abdullar

Abdullar – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətdəki Nərədüz kəndindən 4-5 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşirdi. Hazırda xarabalıqdır.

Toponim abdullar nəsil adı əsasında əmələ gəlmişdir.