Abdulabad

Abdulabad – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Araz çayının sol sahilində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində “Abdulavad” formasında qeydə alınmışdır. XX əsrin əvvəllərində ləğv edilmişdir.

Toponim Abdul şəxs adı ilə “yaşayış məntəqəsi” mənasında işlənən “abad” sözünün birləşməsindən əmələ gəlmişdir.