Abbas Dərəsi

Abbas Dərəsi – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş kənd. İlk dəfə adı XIII əsrdə Kirakos Gəncəli tərəfindən çəkilir.

Kənddə azərbaycanlılar yaşamışdır. Hazırda xarabalıqdır.

Toponim şəxs adına relyef bildirən “dərə” sözünün birləşməsi əsasında əmələ gəlmişdir.