Abbas Dərəsi – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Gorus şəhərindən 16 km şimal-şərqdə yerləşirdi. XX əsrin əvvəllərində xarabalığa çevrilmişdir.
Toponim şəxs adı ilə relyef bildirən “dərə” sözünün birləşməsindən əmələ gəlmişdir.