Abana

Abana – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Ağavnadzor kəndindən 14 km şərqdə yerləşirdi. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Burada 1831-ci ildə 25 nəfər azərbaycanlı yaşamışdır. 1840–1850-ci illərdə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim erazmıxdan əvvəl qarqarlarla birlikdə Qafqaza – Albaniyaya gələn abant (t samiti sonradan ixtisar edilmişdir) etnonimi əsasında əmələ gəlmişdir.