Qatırabad – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Araz çayının sol sahilində yerləşirdi. Kənd 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.
Toponim türk dilində “sıldırım yarğanlı yer” mənasında işlənən “kadır”, “qatır” sözü ilə “abad” sözünün birləşməsindən əmələ gəlmişdir.