Sahatlı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Araz çayının sol sahilində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində “Soqutlu” formasında qeydə alınmışdır.
Tarixən burada azərbaycanlılar yaşamışdır. 1840-cı illərdə bura kürdlər köçürülmüşdür. 1930-cu illərdə kənd ləğv edilmişdir.
Toponim azərbaycanlıların etnogenizində iştirak etmiş saatlı türk tayfasının adı əsasında formalaşmışdır.