Abdulkənd – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. XX əsrin əvvəllərində ləğv edilmişdir.
Şəxs adı əsasında əmələ gələn mürəkkəb toponimdir.