Kələkarx

Kələkarx – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 17 km cənub-qərbdə, Araz çayından axan arxın yanında, dəniz səviyyəsindən 890 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra azərbaycanlı əhali kəndi tədricən tərk etmişdir.

Toponim Azərbaycan dilinin cənub dialektində “yan tərəfləri daşla hörülmüş ağıl, heyvan salınan yer” mənasında işlənən “kələk” sözü ilə “arx” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 aprel 1946-cı il tarixli fərmanı ilə dəyişdirilərək “Şenavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°03′ şm. e., 43°56′ ş. u.