Doğs – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 21 km məsafədə, Kasax (Qazax) çayının sahilində, dəniz səviyyəsindən 915 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində Tos kimi qeydə alınmışdır.
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra kəndə 1828–1829-cu illərdə İranın Xoy və Səlmas, 1915–1916 cı illərdə Türkiyənin Ələşkirt, Hnıs, Muş, Van vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir. Kənddə 1831-ci ildə 48 nəfər azərbaycanlı, 63 erməni, 1873-cü ildə 249 nəfər azərbaycanlı, 156 erməni, 1886-cı ildə 330 azərbaycanlı, 171 erməni, 1897-ci ildə 480 nəfər azərbaycanlı, 189 erməni yaşamışdır. 1918-ci ilə kimi burada azərbaycanlılar olmuşdur. 1918-ci ildə kənd erməni silahlılarının təcavüzünə məruz qalaraq azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
7 noyabr 1995-ci il tarixli Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°13′ şm. e., 44°16′ ş. u.