Kürəkan

Kürəkan – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin digər adı Kürəkənd, başqa bir adı isə Qaraqanlı olmuşdur. İ.Şopen kəndin adını “Kyurakendli” kimi qeyd etmişdir.

Kənddə 1831-ci ildə 47 nəfər, 1873-cü ildə 298 nəfər, 1886-cı ildə 426 nəfər, 1897-ci ildə 498 nəfər, 1904-cü ildə 470 nəfər, 1914-cü ildə 556 nəfər, 1916-cı ildə 560 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarna məruz qalaraq kənddən qovulmuşlar. Kəndə xaricdən köçürülüb gətirilən erməniləryerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 23 nəfər azərbaycanlı yaşamışdır. Kənd sonradan ləğv edilmişdir.