Haramlı

Haramlı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1831-ci ildə 17 nəfər, 1873-cü ildə 46 nəfər, 1886-cı ildə 63 nəfər, 1897-ci ildə 79 nəfər, 1904-cü ildə 84 nəfər, 1914-cü ildə 102 nəfər, 1916-cı ildə 103 nəfər, 1918-ci ildə 162 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 22 nəfər azərbaycanlı yaşamışdır. 1923–1924-cü illərdə kənddə yaşayan azərbaycanlılar sıxışdırılaraq ata-baba torpaqlarından qovulmuş və kənd 1926-cı ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.