Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasındakı nitqindən

24 iyun 2014

…ermənilər artıq öz müqəddəratını təyin ediblər. Onlar əslində Azərbaycanın tarixi torpaqları hesabına yaradılmış Ermənistan dövlətinə malikdirlər. Bəlkə də Assambleyanın bir çox üzvü bilmir. Amma erməni nümayəndə heyəti bunu, əlbəttə, bilir ki, Rusiya imperiyasının dağılması nəticəsində 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ən birinci fərmanlarından biri İrəvanın paytaxt kimi Ermənistan dövlətinə verilməsi idi. Bir sözlə, onların artıq öz dövləti vardır.