11 oktyabr 2002
Naxçıvan Muxtar Respublikası, Zəngəzur mahalı, Azərbaycanın digər hissəsi – bunlar hamısı bütöv bir ərazi olub, Azərbaycan ərazisi olubdur. Ancaq Azərbaycan xalqına düşmən olan qüvvələr məkrli niyyətlərini həyata keçirmək üçün o vaxtlar Naxçıvan ərazisi haqqında çox danışıqlar aparırdılar, çox təlaş edirdilər ki, onu Azərbaycandan ayırsınlar. Nəhayət, 1921-ci ildə Qars müqaviləsinin, sonra Moskva müqaviləsinin nəticəsində – o müqavilələri Azərbaycan Respublikası, Rusiya, Gürcüstan və Ermənistan imzalayıblar – onların əsasında Naxçıvanın Azərbaycana mənsub olması və Azərbaycanın olması sübut edilibdir. Azərbaycanın əsas ərazisindən aralı qaldığına görə də ona muxtariyyət statusu verilibdir.