Böyük Çobankərə – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Qarasu və Zəngi çayları arasında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 951 nəfər, 1873-cü ildə 2337 nəfər, 1886-cı ildə 2487 nəfər, 1897-ci ildə 2631 nəfər, 1904-cü ildə 2411 nəfər, 1914-cü ildə 3089 nəfər, 1918-ci ildə 2417 nəfər, 1919-cu ildə 4600 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz doğma yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 66 nəfər, 1926-cı ildə 279 nəfər azərbaycanlı yaşamışdır. Əhalisi 1930-cu illərdə qonşu Mehmandar kəndinə köçürüldükdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim qazaxlar türk tayfasından olan “böyük çobankərə” etnonimindən əmələ gəlmişdir.