Beybudabad – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonu ərazisində, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətdəki Təzəkənd (Ayntap) kəndinin yaxınlığında yerləşirdi. Kənd haqqında ilk məlumat 1465–1466 illərdə verilmişdir. Kənd XIX əsrin əvvəllərində ləğv edilmişdir. Hazırda xaraba kənddir.
Toponim Beybud şəxs adı ilə fars dilindən Azərbaycan dilinə keçən “yaşayış məntəqəsi, kənd” mənasında işlənən “abad” sözünün birləşməsindən əmələ gəlmişdir.