Yuxarı Novruzlu – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Novruzlu” kimi qeyd edilmişdir.s
Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışlar. 1828–1830-cu illərdə İranın Xoy və Səlmas əyalətlərindən ermənilər köçürülərək kənddə yerləşdirilmişlər. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 115 nəfər, 1886-cı ildə 158 nəfər, 1897-ci ildə 180 nəfər, 1918-ci ilin yanvarında isə 231 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən didərgin salınmışlar. Kənd sonradan ləğv edilmişdir. Hazırda isə xarabalıqdır.