İlançalan

İlançalan – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 8-9 km şimalda, dəniz səviyyəsindən 1611 m hündürlükdə, Abaran çayının sağ tərəfində yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir. Toponim Azərbaycan dilində işlənən ilan ismi ilə çalan feili sifəti əsasında formalaşmışdır.

1920-ci ildə kəndin adı dəyişdirilərək “Artaşavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°23′ şm. e., 44°22′ ş. u.