Yappa

Yappa – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Millidərə bölgəsində, Ağdağ ilə Qızıllı dağın arasında, Çatma kəndi yaxınlığında yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

1897-ci ildə kənddə 62 nəfər, 1905-ci ildə 55 nəfər, 1914-cü ildə 104 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən didərgin salınmışlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların bir qismi öz kəndlərinə qayıda bilmişdilər. XX əsrin 20–30-cu illərində kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türkmənşəli yapma tayfa adı əsasında formalaşmışdır.