Qoşabulaq – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim Azərbaycan dilində “cüt, yanaşı, iki” mənasında işlənən “qoşa” sözü ilə “bulaq” sözünün birləşməsindən əmələ gəlmişdir.