Karvansara

Karvansara – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Armaş kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Karvansara məzrəsi” formasında, Qafqazın beşverstlik xəritəsində “Karvansara” kimi qeydə alınmışdır.

Kənddə 1897-ci ildə 68 nəfər, 1914-cü ildə 76 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “ticarət yolu üzərində tikili bina” mənasında işlənən “karvansara” sözü əsasında əmələ gəlmişdir.