Xaraba Kotanlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Böyük Gilanlar kəndinin yaxınlığında, Allahuəkbər dağının ətəyində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 64 nəfər, 1886-cı ildə 105 nəfər, 1897-ci ildə 253 nəfər, 1904-cü ildə 174 nəfər, 1914-cü ildə 219 nəfər, 1916-cı ildə 207 nəfər azərbaycanlı yaşamışdır. 1918–1919-cu illərdə azərbaycanlılar erməni daşnak silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuş, kəndə kürdlər yerləşdirilmişdir. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Kənd 1949-cu ildən xaraba qalmışdır.
Toponim “dağıdılmış, viran edilmiş” mənasında işlənən “xaraba” sözü ilə “-lı” mənsubluq bildirən şəkilçi qəbul etmiş “kotan” türk etnonimindən əmələ gəlmişdir.