Güneyyurd

Güneyyurd – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Xalisa və Avşar kəndlərinin yaxınlığında yerləşirdi.

Kənddə 1897-ci ildə 39 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.

Toponim “gün düşən yer” mənasında işlənən “güney” və yaşayış yeri mənasını bildirən “yurd” sözündən əmələ gəlmişdir.