İrəvan şəhərinin qədim hissələrindən biri olan Şəhər bölməsində yerləşən məşhur məscidlərdən biri də Zal xan məscidi idi. Henri Linçə görə, məscidin üzərində ərəb qrafikası ilə Azərbaycan türkcəsində olmaqla məscidin 1687-ci ildə tikildiyi qeyd olunmuşdur. Buradan anlaşılır ki, İrəvanın Qala və Təpəbaşı massivləri arasında yerləşən məscid 1679-cu il zəlzələsindən sonra inşa olunmuşdur.
Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin həyəti və bağçası olmuşdur. 1928-ci ildə məscidin böyük zalı dağıdılmış və yerində “Erivan” hoteli tikilmişdir. 1999-cu ildə rekonstruksiya işləri aparıldıqdan sonra bu yer “Golden Tulip Hotel Yerevan” adlanmışdır. Məscidin ikimərtəbəli binası isə sərgi salonu kimi istifadə edilmişdir.
Mənbə:
Nazim Mustafa, İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri (Bakı, 2016)
Nazim Mustafa, İrəvan şəhəri (Bakı, 2020)
Шопен И. И., Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи (СПб., 1852)
Гаспарян М. А., Планировочная структура Еревана 19 – начала 20 вв. / Национальное своеобразие зодчества народов СССР (Москва, 1979)
Арутюнян В., Асратян М., Меликян А., Ереван (Москва, 1968)