Uluxanlı məktəbi

1881-ci ildə Zəngibasar mahalının Uluxanlı kəndində yaradılmış Uluxanlı məktəbi İrəvanda fəaliyyətə başlayan ilk dünyəvi məktəblərdən biri idi. Məktəb Allahverdi Hacı Həsən oğlunun evində yerləşirdi.

Uluxanlı məktəbində bir sıra görkəmli pedaqoqlar dərs demişdir. Mirzə Cəlil Məmmədquluzadə 1887-ci ildən burada pedaqoji fəaliyyət göstərmişdir.

1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlardan sonra məktəb bir müddət fəaliyyət göstərməmişdir. 1940-cı illərdə isə məktəb üçün ikimərtəbəli yeni bina inşa edilmişdir.

1987-ci ildən azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasından sonra Uluxanlı məktəbi fəaliyyətini dayandırmışdır.

Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Sarıyeva İ., “Böyük ədib, qüdrətli satirik, xalqın müəllimi Cəlil Məmmədquluzadə” Bakı xəbər, 4 dekabr 2014
Zeynalov Ə., İrəvan xanlığı… Gerçəkliyin aydınlığı (North Carolina: Lulu Enterprises Inc., 2016)