Sərtib xan məscidi

İrəvan şəhərinin texniki vəzifəsində çalışmış B.Mehrabov 1906–1911-ci illərdə şəhərin planını və oradakı memarlıq abidələrinin siyahısını tərtib etmişdir. Onun siyahısında İrəvanda mövcud olmuş 8 məsciddən biri kimi, Sərtib xan məscidinin də adı çəkilir.

1918–1920-ci illərdə və sovet hakimiyyətinin ilk illərində Sərtib xan məscidində Osmanlıdan qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmışdır. Məscid 1980-ci illərdə dağıdılmışdır.

Mənbə:
Nazim Mustafa, İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri (Bakı, 2016)
Шопен И. И., Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи (СПб., 1852)