Sərdarabad qalası

Sərdarabad qalası Hüseynqulu xan Qacarın hakimiyyəti dövründə inşa edilmişdir. Təxminən 1807–1826-cı illərə aid olan bu qala Sərdərabad rayonunun mərkəzi kimi istifadə edilmiş və İrəvan xanının yay iqamətgahı olmuşdur.

1828-ci ildə Sərdərabad qalası rus qoşunları tərəfindən işğal edilmiş və nəticədə qala güclü dağıntılara məruz qalmışdır. Sonrakı illərdə qala tamamilə dağıdılmışdır.

Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Kiesling B., Rediscovering Armenia: Guide, Yerevan (Armenia: Matit, 2005)