1810-cu illərdə inşa edilmiş Sərdar məscidinə müxtəlif mənbələrdə “Xan məscidi” və “Abbas Mirzə məscidi” kimi istinad edilir.
Rus işğalından sonra məsciddən müxtəlif məqsədlər üçün istifadə edilmişdir. 1843-cü ilin avqustunda İrəvan şəhərində olmuş Avqust Haksthauzen İrəvan qalasında yerləşən Sərdar məscidinin kazarmaya çevrildiyini təsdiqləmişdir.
1864-cü ildə rus qoşunlarının İrəvan qalasından hərbi məqsədlərlə istifadəsinə son qoyulmasından sonra qala daxilindəki tarixi abidələr, eləcə də Sərdar məscidi dağılmağa məruz qalmışdır. 1900-cü illərin əvvəllərində məsciddə Osmanlıdan köçmüş ermənilər məskunlaşdırılmış, sovet dövründə isə məscid hissə-hissə dağıdılmışdır. Onun yerində yaşayış evləri tikilmiş, 2014-cü ilin noyabr ayında məscid tamamilə yox edilmişdir.
Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Nazim Mustafa, İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri (Bakı, 2016)
Nazim Mustafa, İrəvan şəhəri (Bakı. 2020)
Frédéric Dubois de Montpéreux, Voyage autour du Caucase, chez les Tcherkesses et les Abkhases, en Colchide, en Géorgie, en Arménie et en Crimée – Volume III (Paris, 1839)
Памятная книжка Эриванской губернии на 1902 год (Эривань: Типография Эдельсонь, 1902)