Bağçacıq

Bağçacıq – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində mövcud olmuşdur. Vedidən 22-23 km şimal-şərqdə, Vedi çayının yaxınlığında yerləşirdi. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 236, 1886-cı ildə 361, 1897-ci ildə 373, 1904-cü ildə 618, 1914-cü ildə 680, 1916-cı ildə 455 nəfər azərbaycanlı yaşamışdır. 1918–1919-cu illərdə azərbaycanlılar erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənddən didərgin salınmışlar. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kəndi məcburi tərk etmiş azərbaycanlıların bir qismi geri dönə bilmişlər. Kənddə 1922-ci ildə 88 nəfər, 1926-cı ildə 130 nəfər, 1931-ci ildə 162 nəfər, 1939-cu ildə 270 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә diәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Kənd 1959-cu ildə ləğv edilmişdir. Hazırda xarabadır.

Toponim “bağça” sözünə “-cıq” şəkilçisinin birləşməsindən əmələ gəlmişdir.