Aşağı Ərmik – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırkı Ararat vilayəti ərazisində mövcud olmuş kənd. Vedi çayının aşağı axarında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Ərmük” formasında, Qafqazın beşverstlik xəritəsində “Ərmik” kimi qeydə alınmışdır.
Kənddə 1877-cı ildə 312, 1897-ci ildə 192, 1906-cı ildə 156 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənddən didərgin salınmışlar. İndi Ermənistan adlanan ərazidə sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 21 nəfər azərbaycanlı yaşamışdır. Kəndin əhalisi SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən zorla Azərbaycana deportasiya edilmişdir.
Kənd 1949-cu ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.