And

And (Hand) – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırkı Ararat vilayətində mövcud olmuşdur. Kənd Vedi çayının sağ qolu olan Xosrov çayının yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1937–1948-ci illərdə keçmiş Qarabağlar rayonunun tərkibində olmuşdur. Kəndin adı erməni mənbələrində Hand kimi qeyd edilir.

Kənddə 1873-cü ildə 106, 1886-cı ildə 158, 1897-ci ildə 201, 1904-cü ildə 173, 1914-cü ildə 297, 1916-cı ildə 241 nəfər azərbaycanlı yaşamışdır. 1918–1919-cu illərdə azərbaycanlılar erməni silahlı dəstələri tərəfindən vəhşicəsinə qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 47, 1926-cı ildə 63, 1931-ci ildə 73 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmiş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “çöl, tarla”, “həndəvər, ətraf” mənasında işlənən “hənd” sözü əsasında yaranmışdır.