Ağbulaq

Ağbulaq – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Kənd Vedi çayının sahilində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kənddə 1897-ci ildə 95 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar qovularaq kənd ləğv edilmişdir.

Toponim “keyfiyyətli” mənasında işlənən “ağ” və “bulaq” sözlərinin birləşməsindən əmələ gəlmişdir.