Əpəkli

Əpəkli – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunun, hazırkı Lori vilayəti ərazisində mövcud olmuş xutor.

1897-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə onlar erməni silahlıları tərəfindən deportasiya olunaraq yaşayış məntəqəsi ləğv edilmişdir. İndi xaraba kənddir.

Toponim əpəkli nəsil adı əsasında əmələ gələn patronim toponimdir.