Xış

Xış – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Baharlı kəndinin yaxınlığında, Gığı çayının sol sahilində yerləşirdi. Erməni mənbələrində kəndin qədim adının “Xıçi”, “Xeç” olduğu göstərilir.

1897-ci ildə 43 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.