Tunus

Tunus (Tulus) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Əcili kəndinin yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

1922-ci ildə 94 nəfər azərbaycanlı yaşamışdır. 1924–1925-ci illərdə azərbaycanlılar rayonunun qonşu kəndlərinə köçürülərək kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim qədim türk tayfası tulusların adını özündə əks etdirir.