Şərdərə

Şərdərə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Xalac kəndinin yaxınlığında yerləşirdi.

Kənddə 1897-ci ildə 59 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır. Hazırda xarabalıqdır.

Toponim “pislik, yamanlıq” mənasında işlənən “şər” sözünə “iki dağ və ya təpə arasında, düzənlikdə dərin çuxur, çay yatağı” mənasında işlənən “dərə” sözünün birləşməsindən əmələ gəlmişdir.