Sarıqaya

Sarıqaya – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd.

1897-ci ildə 50 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.

Toponim qədim türk dilində “böyük, iri, yüksək, nəhəng, uca, hündür” mənasında işlənən “sarı” sözü ilə Azərbaycan dilində “dağ, daş” mənasında işlənən “qaya” sözündən əmələ gəlmişdir.