Kolluqışlaq

Kolluqışlaq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd.

Burada 1897-ci ildə 75 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.

Toponim “kol basmış, kol çox olan” mənasında işlənən “kollu” sözü ilə “qış vaxtı heyvandarların yaşadığı yer” mənasında işlənən “qışlaq” sözü əsasında yaranmışdır.