Kisarxələc

Kisarxələc – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd.

1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.

Toponim türk dilində “düzənlikdə qala”, “möhkəmləndirilmiş şəhər” mənasında işlənən “qisar” (xisar) sözü ilə “xələc” (xalac) türk etnonimi əsasında əmələ gəlmişdir.